"Mənə dedilər ki, get Səlim Müslümova qarşı iddia qaldır"

8 İyn 2021
2 556 Baxış

Kürdəmir rayon sakini, 27 yaşlı Laçın Nazim oğlu Cabbarovun şikayəti var. O deyir ki, 2012-ci ildə hərbi xidmətdə olarkən vulqar psoriaz adlanan dəri xəstəliyindən əziyyət çəkib və 1 ay 15 gün hospitalda müalicə alıb. Bundan sonra hərbi həkim komissiyasının 62-ci b maddəsinin 2-ci qrafasına əsasən sülh dövründə yararsız, müharibə dövrü üçün məhdud yararlı olaraq ehtiyata buraxılıb.

Laçın Cabbarov deyir ki, həmin ildən başlayaraq əlillik dərəcəsi almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Lakin ona əlillik dərəcəsi təyin edilməyib. Hər dəfə nazirliyin cavabında yenidən müalicəyə ehtiyacı olduğu bildirilib.

Kanala abunə ol - goo.gl/TcM9Fm
Bizə maddi dəstək ol cutt.ly/destek

WebSite: www.meydan.tv
Facebook: fb.com/MeydanTelevision
Twitter: twitter.com/MeydanTV
Google+ plus.google.com/+MeydanTelevi...
İnstagram: instagram.com/meydantv
__________________________________________________________________
Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - Whatsapp : +4915777662277

Şərh
  • Bu insana bu diaqnoz qoyulanda harda idi Üstündən 9il keçəndən sonra gəlib deyirki mən şikayətçiyəm.

    İsfəndiyar Məlikovİsfəndiyar Məlikov6 gün əvvəl
  • Allah köməyi olsun. Açığı mən ilk dəfədir görürəm ki, psoriaza görə əlillik düşsün. Əlillik dərəcəsinin müəyyən edilməsində nazirlik kömək edibsə, niyə sığorta ilə bağlı etməsin ki? Demək ki bu məsələ onların səlahiyyətində deyil.

    Gun NiGun Ni6 gün əvvəl
  • şikayəti narazılığı nədir ki indi bu insanın? 2ci dərəcə əlillik də müəyyən olunub. sığorta ödənişini nazirlikdən niyə tələb edir ki? narazılığı var sığorta şirkətini məhkəməyə versin alsın ödənişini. əlillik dərəcəsini alandan sonra ödənişlər verilməyə başlayır. nazirin müavinin burda hansısa edə biləcəyi iş yoxdur. nazir bir nəfərdir elə hər adamın problemini özü həll edəsi deyil ki. yardım istəyib onlar da deyiblər köməklik edərik

    sevda huseynovasevda huseynova7 gün əvvəl
  • Ölkəmizdə ən ciddi problemlərdən biri sağlamlığını itirmiş əlil vətəndaşlarımızın üzləşdiyi çətinliklərdir. Problemin ən önəmli tərəfi isə əlillik dərəcəsi almaq istəyən insanlarla bağlıdır. Son illər Azərbaycanda əlillik dərəcələrinin təyin olunması sahəsində müvafiq islahatlar aparılsa da, mövcud sahədə xeyli neqativ hallar müşahidə edilməkdədir. Xəstələrin düzgün müayinə olunmaması sonradan ciddi çatışmazlıqlar yaranmasına səbəb olur..İnşallah lazimi olan bütün köməkliklər göstərilər !

    nihad veliyevnihad veliyev7 gün əvvəl
  • Eziyyet çekdiyi xesteliye gore yararsiz olaraq qeyd edilib. Cox normal haldir. Xesteliyi haqqinda ozu melumat verir, burada şikayetçi olmali ne var ki?

    Vusal BayramovVusal Bayramov8 gün əvvəl
  • Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilir hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta ödənişi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin burda heç bir rolu yoxdur

    ulvi giyasulvi giyas8 gün əvvəl
  • Cənab yox daşşag

    Qartal edaletQartal edalet8 gün əvvəl
    • Allah səni güldürsün

      Cavidan KerimovCavidan Kerimov5 gün əvvəl
  • Salam olsun hərkəsə Alllah və sizin yaxınlarnızı doğmalarnızı Azərbaycan Xalqını yaxşıları qorusun

    Wolf BoyWolf Boy8 gün əvvəl
  • *Allah köməyin olsun!Bu arada İsveçə gəlməyin yollarını və bütün məlumatları bizim kanalda izləyə bilərsiniz❤️*

    🇸🇪İsveçte Yaşayan Azerbaycanlı🇸🇪İsveçte Yaşayan Azerbaycanlı8 gün əvvəl
AZlabel