Kəlbəcərdə həlak olanların sayı 3 nəfərə çatdı, ikisi jurnalistdir

4 İyn 2021
2 231 Baxış

Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin minaya düşərək yaralanan müavini Arif Əliyev də vəfat edib.

Digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.

Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun iyunun 4-də yaydığı məlumatda bildirilib ki, Ermənistanın silahlı qüvvələri beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozmaqla Azərbaycan ərazilərini minalayaraq vətəndaşlara qarşı cinayət əməllərini davam etdirir:

"Bu gün saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilən Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər - Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər".



Kanala abunə ol - goo.gl/TcM9Fm
Bizə maddi dəstək ol cutt.ly/destek

WebSite: www.meydan.tv
Facebook: fb.com/MeydanTelevision
Twitter: twitter.com/MeydanTV
Google+ plus.google.com/+MeydanTelevi...
İnstagram: instagram.com/meydantv
__________________________________________________________________
Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - Whatsapp : +4915777662277

Şərh
  • Həqiqətən də çox acı görüntüdür. Nə qədər ki, minalı əərazilərin xəritəsini almamışıq bu cür hallar yaşanmağa davam edəcək. Allah erməninin bəlasını versin, özlərini təmizlədik, qalıqları hələdə qalmaqda davam edir. BU bir terrordur, cinayətdir və hesabını mütləq verməlidirlər. Beynlxalq təşkilatlar susqunluğunu pozmalıdır.

    Fidan KamalFidan Kamal10 gün əvvəl
  • Allah şəhidlərimizə rəhmət eləsin ! Ölkəmizin üç mülki şəxsin minaya düşərək həlak olmasına görə beynəlxalq təşkilatlar Ermənistanın bu hərəkətlərinə göz yummamalı və Ermənistan ölkəsi layiqli cəzasını almalıdır.

    Orxan ƏliyevOrxan Əliyev11 gün əvvəl
  • ALLAH rəhmət eləsin rəhmətə gedən,Şəhid olan qardaşlara.O maşında jurnalistlər,bəzi səlahiyyətli şəxslər və həmin ərazi üzrə Kəlbəcər İcra Hakimiyyətinin nümayəndəsinin müavini də olub.Onlar həlak olublar.Ermənistanın hələ də minalı ərazilərin xəritələrini verməməsi beynəlxalq hüquqa,beynəlxalq konvensiyalara ziddir.Çünkü Ermənistan bununla insan haqqlarını pozur və müharibə qanunlara qarşı hərəkət edir.Bu revanş istəyi və nifrət dolu addımlar Ermənistana xeyir verməyəcəkdir.

    Rasim SeyyidRasim Seyyid11 gün əvvəl
  • allah rəhmət eləsin. ermənilər mütləq cavab verməlidirlər bütün bunlara görə. ola bilsin hansısa səhv yola girib maşın o zaman da minaya düşüblər. çünki hər qarış torpağı minalayıblar bu illər ərzində. belə hadisələri ictimailəşdirmək lazımdır ki ermənistana təzyiqlər artırılsın minalanmış ərazilərin xəritələrini təqdim etsinlər.

    sevda huseynovasevda huseynova11 gün əvvəl
  • Bizə çatanda Makron və onu kimiləri bizə az qala ağıl vermeyə qalxırlar, nə oldu niyə indi səsləri çıxmır?? Necə olur ki, bunlar hamısı sülhdən danışır, amma sülhün bərqərar olması üçün ermənistana nə bir söz deyirlər, nə tənqid edirlər. Qayda-qanun elə ancaq Azərbaycan üçün yazılıb? Məsələdə siyasi çalarlar yoxdursa Qərbi insan haqları əsla maraqlandırmaz.

    Gun NiGun Ni11 gün əvvəl
  • Men başa düşe bilmirem, ermenistan niye bu minaların xeritesini vermir axı ? Dünya bunların texribatlarına, terrorlarına niye sessiz qalır ? Bu mesele tez bir zamanda hell olunmalıdı. Allah rehmet elesin şehidlerimize. Yaralılara şefa dileyirem.

    Nazim ƏləkbərovNazim Ələkbərov11 gün əvvəl
  • Çox təəssüflər olsun ki, müharibə bitsə də, müharibənin fəsadları hələ də davam edir. uzun illər bu minalanmış ərazilərdən əziyyət çəkəcəyik. Vətəndaşların hələ ki köçürülməməsinin səbəbləri də bu ola bilər. Ərazilərin minalardan tam təmizlənməsi uzun illər alacaq.Allah ermənilərə lənət etsin

    Mahir HaciyevMahir Haciyev11 gün əvvəl
  • Allah rehmet elesin. Mekanlari cennet olsun. Mehz bu cur hadiselerin baş vermemesi uçun azad edilmiş tirpaqlari insanlari buraxmirlar.

    Vusal BayramovVusal Bayramov12 gün əvvəl
  • Ermənilər törətdikləri yenə bir vəhşiliklə özlərini sübut etdilər. İşğalçı, terrorçu bir dövlət olduqlarını artıq bütün dünya bilir. ALLAH rəhmət eləsin şəhidlərimizəə....

    Ugur ƏzizliUgur Əzizli12 gün əvvəl
  • Yalan deyirsiniz, onları raketlə ruslar vurdu. Şikayət edib abunəçilikdən çıxıram.

    Harry OwnerHarry Owner12 gün əvvəl
  • Bu mina soradan basdirilib muharibeden sora

    Elis ElizadeElis Elizade12 gün əvvəl
  • ALLAH rəhmət eləsin. Məkanları FİRDOUS CƏNNƏTİ olsun in şəə ALLAH.

    Vafadar MuradovVafadar Muradov12 gün əvvəl
  • Allah rehmet elesin 🤲

    Aslan RasulzadeAslan Rasulzade12 gün əvvəl
  • ALLAH her birine rehmet elesin.O sebebdende hal hazirda azad olunmuş erazilerimiz minalardan temizlenme işleri aparilmaqdadir.Şerefsiz ermeniler erazilerimize yalniz minalar basdirmişlar.Bezi müxalif ünsürler ise her defesinde insanlari azad olunmuş torpaqlara celb etmek isteyindedir.Yalniz düşünmek lazimdirki her hansisa sehf addim ucbatindan bax belece bedbext hadiseler baş verir.İnsALLAH qisa zaman erzinde erazilerimiz minalardan temizlenecekdir ve birlikde her birimiz azad olunmuş torpalarimizi ziyaret edeceyik.

    Murad AgayevMurad Agayev12 gün əvvəl
  • Allah ermənilərə nələt eləsin . 44 günlük haqq savaşındakı məğlubiyyətlərindən sonra da ümumbəşəri sivilizasiyaya qarşı vəhşilikləri davam edir.Çox təəssüflər olsun ki, hələ də Ermənistanın bütün dünyanın gözü önündə törətdiyi insanlıq dramı, müharibə cinayətləri vəhşilik, barbarlıq və terror aktları davam edir. Mərd, igid əsgərlərimizlə üzbə üz döyüşdə aciz olan erməni vandalları döyüş meydanında ardıcıl olaraq aldıqları zərbənin heyfini 30 il ərzində işğal altında saxladıqları ərazilərə yerləşdirdikləri minaların, partlamamış mərmilərin xəritəsin vermirlər .Bu vəhşiliyə son qoyulmalidir!!!

    nihad veliyevnihad veliyev12 gün əvvəl
  • tüpürəsən bu dünyanın ədalətinə. müharibə zamanında düşmənin Bərdədə, Gəncədə törətdiyi insanlığa sığmaz hərəkətləri qərb necə həzm elədisə, yenə elə edəcəklər. bir kopolu avropa şurasında çıxıb demir ki, niyə ermənistan xəritələri vermir. axı Qarabağda nə qədər insan dünyasını dəyişir buna görə.

    Fəqan MəmmədovFəqan Məmmədov12 gün əvvəl
  • Hakimiyyet olduqca mulayim movqe numayis etdirir bu da yeqin rusun tapsirigidi.Bele getse bir 30 il de gozlemek lazim gelecek ki Kelbecerde yasyis olsun.Dusmeni sixmaq lazimdir ki xeriteni versin xosluqla basa dusmeyende hec kim Qurban olum la danismir bir dene qoyur daha o adama zeng catmir.hakimiyyet de sert movqe bilsirmelidi.

    Orxan AbbasovOrxan Abbasov12 gün əvvəl
  • Слава Народам Азярбайджана! Слава Азярбайджанским Аскярям-Воинам- Освободителям! Вечная Память Всем Погибшим Воинам Героям!Врагов Надо Уничтожать!

    Дмитрий МихалычДмитрий Михалыч12 gün əvvəl
  • Ruslardır. Dövlətimizin səhvidir.

    Bahadir RehimovBahadir Rehimov12 gün əvvəl
  • 🇹🇷Allah Rəhmət Eləsin Allah Yerimizi Cənnət Eləsin İnşallah AMİN😔🙏🏼🕋🕌📿🇦🇿 100%Erməni Şərəfsizlərin Qəstdən Minanın Qoyublar Ora Maşın Gələnə Yaxın Partladıblar Meşədə Gizləniblər 100%

    Famil NuriyevFamil Nuriyev12 gün əvvəl
  • Allah rəhmət eləsin Amin

    KAMAL. ASADOV.KAMAL. ASADOV.12 gün əvvəl
  • Bu mundarlar bizdən əl çəkən deyillər yumuşalmaq lazım deyil, torpaqlarımızı tərk eləsinlər hətda Qərbi Azərbaycanı.

    Araz SeferliAraz Seferli12 gün əvvəl
  • Allah rəhmət eləsin Allah o dünyasın versin yaxınlarına Allahdan səbr diləyirəm bunlarda şəhid sayılır düşmən əliiylə öldürülmüşlər.

    Araz SeferliAraz Seferli12 gün əvvəl
AZlabel